SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlƏhaliyə şad xəbər: Müavinət və təqaüdlər artacaq – Bu tarixdən
23 Mart 2025 10:40 | Baxış sayı: 455
“Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu deputat Vüqar Bayramov Globalinfo.az-a deyib.
Millət vəkili, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını xatırladıb:
“Bu barədə Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar. Digər tərəfdən, bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək. Bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq”.
Deputat bildirib ki, müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir:
“Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu, müvafiq sənədin imzalanmasından sonra bilinəcək. Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlər də artımlar olacaq. Bu, 2025-ci ildə sosial paketin dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq”.