20 Aprel 2025
Əhali 11 ayda kafe və restoranlarda 2,1 milyard manat xərcləyib

Əhali 11 ayda kafe və restoranlarda 2,1 milyard manat xərcləyib

Əhali 11 ayda kafe və restoranlarda 2,1 milyard manat xərcləyib

18 Dekabr 2024 09:32 | Baxış sayı: 386

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi (kafe, restoran, çayxana və s.) 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,3% artaraq 2 milyard 93,7 milyon manat olub.
Açıqlanan rəsmi məlumatlara görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 61,4 milyon manat olub.