İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlƏfqanıstan-Pakistan sərhədində atışma olub, ölənlər var
11 İyun 2023 12:25 | Baxış sayı: 612
Əfqanıstan-Pakistan sərhədində silahlı atışma olub, ölənlər var.
Bu barədə Pakistan ordusu məlumat yayıb.
Ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu hücuma görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Həyata keçirilən tədbirlər çərçivəsində silahlılara məxsus sursat anbarı aşkar olunub.
Atışma zamanı 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.