SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlƏdalət Şükürovun lüks bağ evinin tikintisi neçəyə başa gəlib? - AÇIQLAMA
11 Avqust 2023 08:08 | Baxış sayı: 713
Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə bağ evinin görüntüsünü paylaşıb.
AJMEDİA.İNFO xəbər verir ki, sənətçinin Bilgəhdə yerləşən bağ evinin görüntüsü müzakirəyə səbəb olub. Müzakirəyə səbəb villanın qiymətidir.
Əmlak eksperti Ramil Qasımzadə Qaynarinfo-ya açıqlamasında Ədalət Şükürovun bağ evinin qiymətinin təyin edilməsinin mümkün olmadığını bildirib:
"Villanın qiyməti onun yerləşdiyi ərazi və tikintidə istifadə olunan materiallardan asılıdır. Biz bilmirik ki, orada hansı ölkənin tikinti materialı istifadə olunub. Torpaq sahəsi ilə evin necə kv.m-də inşa olunması da vacib şərtdir. Bunu da bilmirik. Yeganə gözə dəyən hovuzdur. Belə hovuz isə 30-35 min manata başa gəlir”.