SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlƏcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalırlar? – Siyahı
30 Sentyabr 2024 08:29 | Baxış sayı: 473
Bu ilin yanvar-avqust aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 99 min 9 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AJMEDİA.İNFO Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 147 min 796 nəfəri və ya 13,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 32 min 429 turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 28 min 568 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 19 min 310 turist taksi xidmətindən, 16 min 683 turist bələdçi xidmətlərindən, 13 min 334 turist yerləşmə xidmətindən, 9 min 270 turist isə metro xidmətindən narazılıq edib.