20 Aprel 2025
Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? – Siyahı

Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? – Siyahı

Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? – Siyahı

22 Dekabr 2024 10:30 | Baxış sayı: 857

Bu ilin yanvar-noyabr aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 709 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AJMEDİA.İNFO
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 200 min 803 nəfəri və ya 11,7%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.

Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 43 min 668 turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.

Bundan başqa 39 min 177 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 26 min 418 turist taksi xidmətindən, 22 min 164 turist bələdçi xidmətlərindən, 17 min 983 turist yerləşmə xidmətindən, 12 min 558 turist isə metro xidmətindən narazılıq edib.//Yeniavaz.com