SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlDünyanın ən bahalı tikilisi inşa edilir
27 Dekabr 2024 15:21 | Baxış sayı: 317
Çin Tibet Muxtar vilayətində dünyanın ən böyük hidroelektrik layihəsi inşa ediləcək.
AJMEDİA.İNFO xəbər verir ki, Himalay dağlarının şərqində, Yarlung Tsangpo çayının aşağı axarında yerləşəcək bəndin tikintisinə razılıq verilib. Bənd Tibet yaylasında Çindən Hindistana çətin relyefdə axan çay üzərində inşa ediləcək. Bəndin ildə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi deyilir. Bənd hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Hubei əyalətindəki Üç Vadi bəndindən üç dəfə çox gücə sahib olacaq. Məlumata görə, bəndin tikintisi 137 milyard dollara başa gələcək. Tikili dünyanın indiyədək ən bahalı infrastruktur layihəsi olacaq.
Dağlıq və sərt relyefdə tikiləcək bəndin tikintisinin mühəndislik baxımından çətin problemlərlə üzləşəcəyi deyilir. Bəndin tikintisi üçün Namcha Barva dağına 20 kilometr uzunluğunda 4-5 tunelin açılması planlaşdırılır.