SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlDünən kartlardan 87 min manat oğurlanıb
09 Aprel 2025 11:41 | Baxış sayı: 236
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 87 min manat pulu oğurlanıb.
AJMEDİA.İNFO DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlara məxsus 20 000, 17 000, 16 000, 15 000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bildirilib ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir: “Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Xatırladaq ki, DİN-in məlumatına görə, aprelin 7-si isə kartlardan 67 min manat oğurlanıb.