SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDubayda uçan taksilər istifadəyə veriləcək
14 Fevral 2024 02:40 | Baxış sayı: 1545
Dubayda (BƏƏ) 2026-cı ilə qədər uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunur ki, uçuşlar dörd sərnişin üçün nəzərdə tutulmuş kiçik “Cobi” təyyarələrində həyata keçiriləcək.
Bu təyyarələrin sürəti 320 km/saata çata bilir. Onlar elektriklə işləyəcəklər və növbəti uçuşa qədər enerji yığmaq üçün təxminən 10 dəqiqə lazım olacaq.
“Biz sərnişinlərə əhəmiyyətli dərəcədə qısa səyahət müddətində heyrətamiz anlar yaşatmaq istəyirik”, - deyə “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirt bildirib.
Şirkət artıq Dubayın Yol və Nəqliyyat İdarəsi ilə 2026-cı ilin əvvəlində hava taksi xidmətinə başlamaq üçün müqavilə imzalayıb.//Oxu.az