20 Aprel 2025
DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər İFŞA OLUNDU

DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər İFŞA OLUNDU

DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər İFŞA OLUNDU

18 Fevral 2025 16:07 | Baxış sayı: 668

Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.