SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDSX-nin əsgəri vəfat etdi
19 Dekabr 2023 11:03 | Baxış sayı: 724
Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib:
“Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.