SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDSX-nin əməkdaşı faciəvi şəkildə HƏLAK OLDU
07 Oktyabr 2024 10:08 | Baxış sayı: 308
Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.
O, şənbə günü xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Bu zaman Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.