SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDSX məlumat YAYDI: "Təcili Bakıya GƏTİRİLİRLƏR" - Laçından ACI XƏBƏR
07 Sentyabr 2023 13:50 | Baxış sayı: 646
Sentyabrım 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.