20 Aprel 2025
DÖVLƏT TƏRƏFİNDƏN QORUNAN ABİDƏNİ TİKİLƏN BİNAYA GÖRƏ SÖKDÜLƏR… – FOTO

DÖVLƏT TƏRƏFİNDƏN QORUNAN ABİDƏNİ TİKİLƏN BİNAYA GÖRƏ SÖKDÜLƏR… – FOTO

DÖVLƏT TƏRƏFİNDƏN QORUNAN ABİDƏNİ TİKİLƏN BİNAYA GÖRƏ SÖKDÜLƏR… – FOTO

08 Avqust 2023 08:37 | Baxış sayı: 740

Bakının yerli əhəmiyyətli memarlıq abidəsi sayılan ilk ixtisaslaşdırılmış xəstəxana binasının yarısını söküblər.

Bu məlumatı memar Elçin Əliyev öz feysbuk səhifəsində paylaşıb.
Keçmiş Mixaylovskaya xəstəxanası, indiki Bakı şəhəri 1 saylı Doğum Evi olan bu bina Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşir.

Memar Elçin Əliyev yazıb ki, bina 1888-1889-cu illərdə “Nobel Qardaşları” şirkətinin vəsaiti hesabına tikilib:

“1889-cu il noyabrın 8-dən bu xəstəxana Bakı sakinlərinə xidmət edib.
Bir müddət əvvəl şəhərimizin köhnə fotoşəkillərinə baxarkən gözlənilmədən növbəti cinayətin izlərinə rast gəldim… Dövlət tərəfindən qorunan (!) memarlıq abidəsi – keçmiş Mixaylovskaya xəstəxanasının binasının düz yarısı (!) sökülüb. Söküntü işi yaxın ərazidə yeni tikilən müasir bina üçün dayanacaq yaratmaq məqsədilə aparılıb.

Keçmiş Mixaylovskaya xəstəxanasının binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndadır (inventar nömrəsi 3006)”.

Tribunainfo.az