SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlDövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib FOTO
07 Noyabr 2023 12:06 | Baxış sayı: 751
Noyabr ayının 6-sı Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib.
Azərbaycan Sərhəd Xidmətindən AJMEDİA.İNFO-a verilən məlumata görə Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.
Keçirilən tədbirdə kursantlar şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları və keçirilən yarışların qalibləri fəxri fərman və diplomlarla təltifləndiriliblər.