İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlDövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
29 İyul 2024 16:20 | Baxış sayı: 348
Sosial şəbəkələrdə DSX əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidmətində araşdırma aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".