20 Aprel 2025
Dövlət bu evləri təmir edəcək - RƏSMİ

Dövlət bu evləri təmir edəcək - RƏSMİ

Dövlət bu evləri təmir edəcək - RƏSMİ

07 Mart 2025 12:59 | Baxış sayı: 321

Aztəminatlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Ağstafa Rayon İcra Hakimiyyəti tikinti materiallarının alınması üçün tender elan edib. Satınalma müsabiqəsi çərçivəsində müxtəlif inşaat materiallarının alınması planlaşdırılır.


AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, tenderin ümumi ehtimal olunan dəyəri 101.481,29 AZN təşkil edir.


Layihə çərçivəsində əsasən tikinti materiallar tədarük ediləcək. Tender çərçivəsində alınacaq tikinti materialları aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə ediləcək. Bu, evlərin təmiri və ya yenidən qurulması üçün lazım olan əsas materialların təmin edilməsi deməkdir.


Müsabiqədə göstərilən materiallar – taxta, sement, dam örtüyü, mismar və qum – əsasən tikinti və təmir işlərində istifadə olunan əsas elementlərdir. Bu isə o deməkdir ki, həmin materiallar aztəminatlı ailələrin evlərinin təmiri, dam örtüklərinin yenilənməsi, hörgü işləri və digər inşaat işləri üçün istifadə ediləcək.