SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDördüncü sinif şagirdi DÜNYAYA UŞAQ GƏTİRDİ
11 İyul 2023 11:13 | Baxış sayı: 4641
Novosibirskdə dördüncü sinif şagirdi dünyaya uşaq gətirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın region üzrə səhiyyə nazirinin müavini Tatyana Anoxina bildirib.
Onun sözlərinə görə, qızın cəmi 11 yaşı var. Məktəbli qız son 10 il üçün regionun ən gənc anası hesab olunur.
Səhiyyə qurumu rəsmisi Novosibirskdə hər il yetkinlik yaşına çatmayan qızların ana olduğunu, lakin belə erkən doğuşlara nadir hallarda rast gəlindiyini deyib. O, adətən ildə 15-17 yaşlarında təxminən 10 qızın ana olduğunu əlavə edib.
T.Anoxina onu da vurğulayıb ki, məktəbli qız sağlam uşaq dünyaya gətirib.
Uşağın atasından bəhs edilməyib.