SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDördgünlük iş həftəsinə keçilə bilər
13 Yanvar 2025 12:00 | Baxış sayı: 276
Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.
AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov “RİA Novosti”yə bildirib.
Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər.
Nilov misal olaraq evdən işləyə bilməyəcək həkimləri göstərib.
Deputatın fikrincə, iş vaxtının qısaldılması “kimsə tərəfindən nə iləsə kompensasiya edilməlidir” və texnologiya bu funksiyanı öz üzərinə götürə bilər.
“Optimallaşdırma və robotlaşdırma baş verdikdə, süni intellekt bizə əmək məhsuldarlığını və vətəndaşların gəlirlərini artırmağa, və şəxsi iştirakı azaltmağa imkan verəcək”, – Dövlət Dumasının komitə sədri qeyd edib.