SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlDollara rəqib olacaq valyuta YARADILIR
04 Yanvar 2025 08:40 | Baxış sayı: 501
“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri hələ də vahid valyutanın yaradılmasını müzakirə edir”.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında ŞƏT-in baş katibi Nurlan Ermekbayev bildirib.
“Ümumiyyətlə, milli valyutaların payının artırılması zərurəti başa düşülür. Lakin hazırda ŞƏT ölkələrinin ödəniş sistemləri artıq digər valyutalarla sıx bağlıdır”, - deyə baş katib bildirib.
Xatırladaq ki, daha əvvəl Hindistan Mərkəzi Bankının rəhbəri Şaktikanta Das ölkəsinin vahid BRİCS valyutası yaratmaq barədə qərar qəbul etmədiyini açıqlayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə daha əvvəl demişdi ki, BRİCS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, həmin ölkələrdən ixraca 100% rüsum tətbiq edəcək.