20 Aprel 2025
Doğuş Xoşqədəmlə dalaşıb efiri tərk etdi: “Onda məni çağırma...” + VİDEO

Doğuş Xoşqədəmlə dalaşıb efiri tərk etdi: “Onda məni çağırma...” + VİDEO

Doğuş Xoşqədəmlə dalaşıb efiri tərk etdi: “Onda məni çağırma...” + VİDEO

23 Oktyabr 2024 12:55 | Baxış sayı: 298

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə efirdə mübahisə edib.


AJMEDİA.İNFO olay-a istinadla xəbər verir ki, bu, “Səni axtarıram” verilişində baş verib.


Mövzu ilə bağlı fikrini bildirməyə çalışan Doğuşa Xoşqədəm “Qısa danış” söyləyib. Hidayətqızının bu sözü Doğuşun xoşuna gəlməyib.


Müğənni əsəbi halda “Mən sənin ekspertin deyiləm. Vaxtın yoxdur, çağırma”, - deyərək studiyanı tərk edib.


Onun bu addımı Xoşqədəmi məəttəl qoyub.


Proqramın gedişatında aparıcı əri Doğuşu studiyaya qaytara bilib.