SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlDİN və Penitensiar Xidmət birgə ƏMƏLİYYAT KEÇİRDİ - Natiq Zeynalov SAXLANILDI
13 Oktyabr 2023 11:14 | Baxış sayı: 736
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Penitensiar Xidmətdən AJMEDİA.İNFO-ya verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.
O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.