İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlDİN-dən şəxsiyyət vəsiqəsi ilə bağlı AÇIQLAMA - 800 manatadək cərimə... - VİDEO
18 May 2023 06:10 | Baxış sayı: 1380
Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun. Çünki şəxsi məlumatlarınız əldə olunmaqla, özünüz də bilmədən hər hansı cinayətin qurbanı ola bilərsiniz.
AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayev "Xəzər Xəbər"ə deyib ki, şəxsiyyət vəsiqənizin tam şəkildə deyil, yalnız tələb olunan məlumatlarını təqdim etmək kifayətdir.
Onun fikrincə, kimliyinizin müəyyənləşdirilməsi üçün alternativ vasitələrdən istifadə etməyə üstünlük verilməlidir.
Daxili işlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, şəxsi məlumatları özündə əks etdirən sənədlərin başqasına verilməsi hansısa çətinliyin yaranması ilə nəticələnə bilər.
Yeri gəlmişkən, şəxsiyyət vəsiqəsini girov götürən şəxs İnzibati Xətalar məcəlləsinə əsasən 500 manatdan 800 manatadək cərimə oluna bilər.