SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDİN-dən kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ
31 Dekabr 2024 13:52 | Baxış sayı: 341
Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb.
Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər:
"Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır.
Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir".