SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDİN-dən bu şəxslərlə bağlı əhaliyə XƏBƏRDARLIQ: "Dərhal “102”yə ZƏNG EDİN!"
08 Oktyabr 2024 12:41 | Baxış sayı: 319
Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha 2 nəfəri müəyyən edərək saxlayıb.
Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20.000 manat istənildiyini bildirib. Evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.
“Bir daha vətəndaşları diqqətli olmağa, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyə və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyə çağırırıq. Bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik” - nazirlikdən bildirilib.