SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlDilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu - FOTO
03 May 2023 11:13 | Baxış sayı: 770
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.
AJMEDİA.İNFO xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.
O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.