SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDevid Bekhemin keçmiş cangüdəni ölü tapıldı
08 Aprel 2025 10:53 | Baxış sayı: 458
Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb.
AJMEDİA.İNFO xəbər verir ki, cangüdənin anası oğlunun ölümünü sosial şəbəkə hesabında açıqlayıb.
40 yaşlı Kreyqin harada tapıldığı və necə öldüyü barədə açıqlama verilməyib.
Ölən mühafizəçi 2013-2015-ci illərdə Bekhemlərin yanında işləyib. Eynsvord daha əvvəllər Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhurların da cangüdəni olub.