20 Aprel 2025
Deputatlığa namizəd Anatoliy Rafailov Quba Şəhidlər Xiyabanında şəhidlərimizin əziz xatirəsini yad edərək şəhid ailələri ilə görüşüb - FOTOLAR

12 Avqust 2024 18:10 | Baxış sayı: 619

Bu gün, deputatlığa namizəd Anatoliy Rafailov Quba Şəhidlər Xiyabanını ziyarət edərək ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladları şəhidlərimizin əziz xatirəsini yad edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu müqəddəs məkanda, şəhidlərimizin ruhlarına dualar oxunub və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

60 saylı Quba-Qusar şəhərləri üzrə seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Anatoliy Rafaylov şəhid ailələri ilə görüşdə, Vətən uğrunda şəhid olmuş qəhrəmanların hər zaman xatirələri əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirmişdir.

O, "Onların göstərdiyi şücaət bizə gələcəyə daha da inamla addımlamaq gücü verir. Biz, hər zaman şəhidlərimizin ailələrinin yanında olacaq, onların dəyərli irsini qorumaq və yaşatmaq üçün əlimizdən gələni edəcəyini" qeyd etmişdir.

Daha sonra şəhid ailələri ilə səmimi sohbətdə onlar Anatoliy Rafaylova 1 sentyabr parlament seçkilerində iştrakında uğurlar arzulayaraq ona müvəffəqiyyətlər bildirmişdirlər.

Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото