SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDeputat Anatoliy Rafailovun təşəbbüsü və təşkilatçılığı, Xeyriyyəçi iş adamları Qod Nissanov, German Zaxaryayev, “STMEQİ” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə Quba-Qusar rayonlarından olan bütün şəhid ailələrinə ərzaq yardımı göstərilib
21 Mart 2025 15:32 | Baxış sayı: 380
Bayram günlərində Milli Məclisin deputatı Anatoliy Rafailovun təşəbbüsü və təşkilatçılığı, Xeyriyyəçi iş adamları Qod Nissanov, German Zaxaryayev və “STMEQİ” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə 6-cı ildir ki, Quba və Qusar rayonlarından olan bütün şəhid ailələrinə ildə iki dəfə ərzaq yardımı göstərilir.
Hər birinin dəyəri orta hesabla 250-300 manat civarında olan ən zəruri ərzaq məhsulları - ət, yağ, düyü, un məhsulları -təxminən 20-25 adda məhsul bir qayda olaraq Zəfər və Novruz bayramlarında şəhid ailələrinin evlərinə çatdırılır. Göstərilən diqdət və qayğıdan hamı məmnundur.
Bu günlərdə qeyd edildiyi kimi Novruz Bayramı ərəfəsində Quba və Qusar rayonlarında yaşayan 108 şəhid ailəsinin hər birinə 200 manatlıq yardım göstərilib.
Novruz Bayramı birlik və həmrəylik rəmzidir. Bu əziz gündə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrini unutmaq olmaz. Məhz bu məqsədlə şəhid ailələrinə bayram sovqatı göndərilərək onların yanında olduqlarını bir daha nümayiş etdiriblər.
Bu təşəbbüs yalnız maddi dəstək deyil, eyni zamanda, şəhid ailələrinə olan ehtiramın və minnətdarlığın ifadəsidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş strategiyası, şəhidlərin fədakarlığı, hərbiçilərimizin və qazilərin sayəsində bu gün azad və güclü bir ölkədə bayram sevincini yaşayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Qazılərimizə Allah şəfa versin!