Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
10 saat əvvəlDəm qazından 50-dən çox insan zəhərlənib
09 Aprel 2023 15:50 | Baxış sayı: 547
Almaniyanın qərbində yerləşən Düsseldorf şəhərində şənbə günü axşam keçirilən türk toyu zamanı dəm qazından 50-dən çox insan zəhərlənib.
Bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, aprelin 8-də saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qonaqlardan biri xəstələnib, onun qan dövranında ciddi problemlər yaranıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası binada dəm qazının konsentrasiyasının artdığını qeydə alıb.
Dərhal hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları gəlib. Qəzetin məlumatına görə, nəticədə 34 nəfər qismən ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb, 20-yə yaxın şəxs özü tibbi yardım üçün müraciət edib.
Ümumilikdə şənlikdə 150-200 nəfər iştirak edib. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.