Diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edildi - RƏSMİ
2 saat əvvəlDələduzluq edən falçılar tutuldu
02 Noyabr 2024 09:25 | Baxış sayı: 296
Tacikistanın hüquq-mühafizə orqanlarının son reydində cadugərlik və falçılıqla məşğul olan 1500 nəfərin saxlanılıb.
Bu addım, Prezident Emoməli Rəhmonun şəxsi tapşırığı əsasında həyata keçirilib və cəmiyyətin rifahını qorumaq üçün bu növ fəaliyyətlərin nəzarət altına alınmasının vacibliyinə vurğu edilib.
Saxlanılan şəxslərin Tacikistan vətəndaşlarına falçılıq və cadugərlik xidmətləri göstərdiyi bildirilib.
Bundan əlavə, rəsmi dini təhsili olmayan 5 minə yaxın molla da nəzarətə alınıb və daxili işlər orqanlarında qeydiyyata salınıb. Bu cür tədbirlər, dini fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsinə və qeyri-leqal ezoterik təcrübələrin qarşısının alınmasına yönəlib.//Musavat.com