SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Dələduzdurlar, 3 min manata telefon satırlar, üstəlik...” – Mərhum sənətçinin qızı “İrşad Telekom”dan şikayətçidir
03 Avqust 2023 08:47 | Baxış sayı: 575
Mərhum sənətçi Rüfət Mehdiyevin qızı Zəminə Mehdiyeva “İrşad Telekom”dan şikayətçidir.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı açıqlama verən Z. Mehdiyeva şirkət tərəfindən istehlakçı hüquqlarının pozulduğunu bildirib.
O, qeyd edib ki, “İrşad Telekom” dələduzluq edərək ona nasaz telefon satıb:
“İki ay öncə “İrşad Telekom”dan dəyəri 3 min manat olan “iPhone 14 Pro” telefonu almışam. Aldığım telefon qısa müddətdən sonra işləmədi. Bununla bağlı şirkətə müraciət etdikdə bildirdilər ki, telefonun ana platasında qüsur var. Mən telefonun yenisi ilə əvəz edilməsini tələb etsəm də “İrşad Telekom”dan telefonu təmir etdirəcəklərini söylədilər. Şirkətdən mənə dedilər ki, telefonun təmiri üçün 2 ay gözləmək lazımdır. Bu müddətdə şirkət ABŞ-dan yeni plata gətirib telefonu təmir edəcək”.
Z.Mehdiyeva şirkətin bu şəti ilə razılaşmır. Onun sözlərinə görə şirkət satdığı telefonun nasaz olduğunu öncədən bilib: “Bunlar dələduzdurlar. Üç min manata telefon satırlar, üstəlik yenisi ilə dəyişmək də istəmitlər”.(sfera.az)