SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlDəhşətli qəzaya düşənlər bu şirkətin işçiləri imiş - FOTOLAR
06 Noyabr 2023 08:05 | Baxış sayı: 659
Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.
AJMEDİA.İNFO xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fotoda sürücü Elvin Abbasov
Fotoda Kamil Qaybalıyev
Fotoda Rəşad Atakişiyev