İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
2 dəqiqə əvvəlDaxili İşlər Nazirliyi bu 2 cinayətkarla bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO
09 Dekabr 2023 13:31 | Baxış sayı: 528
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.
DİN-dən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb.
Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.