SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlDaşqınlar insan tələfatına səbəb olub
13 İyun 2023 21:02 | Baxış sayı: 613
Əfqanıstanın 7 əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə "TOLOnews" telekanalı Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Şəfiullah Rəhimiyə istinadən məlumat yayıb.
"30 ev zədələnib və ya tamamilə dağılıb, 7 körpü uçub, 832 heyvan tələf olub", - Rəhimi bildirib.
"TOLOnews"un məlumatına görə, son bir neçə gündə daşqınlar ölkənin şərq, şimal-şərq və mərkəzi hissələrində yerləşən yeddi əyalətə (Qor, Kunar, Nuristan, Bədəxşan, Paktiya, Pərvan və Taxar) ziyan vurub.