İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlDanimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulub
12 İyul 2023 21:15 | Baxış sayı: 586
Danimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulublar.
Bu barədə Skandinaviya ölkələrinin baş nazirləri Mette Frederiksen və Yonas Qar Styere bildiriblər.
“Biz Şimal ölkələri olaraq elan edəcəyik ki, biz də bu işə qoşuluruq və bununla da Skandinaviya ölkələrinin təhlükəsizliyini təmin edirik. “G7”-nin bir araya gəlməsi və NATO sammitindən istifadə edərək Ukraynaya olan öhdəliyimizin təkcə burada və indi silah bağışlamaqdan ibarət olmadığını, həm də bunun bir daha təkrarlanmamasını təmin etməkdən ibarət olduğunu qeyd etmək olduqca müsbət haldır”, - deyə Mette Frederiksen bildirib.
Yonas Qar Styere də əlavə edib ki, təhlükəsizlik zəmanətləri NATO ölkələrinin Vilnüs sammitində artıq razılaşdıqları Ukraynaya hərtərəfli dəstək paketinə mühüm əlavədir.