SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlDaha bir uşaq qızılcadan VƏFAT ETDİ
01 Dekabr 2023 07:13 | Baxış sayı: 456
Sabirabad rayonunda 1 yaşlı uşaq vəfat edib.
AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub.
Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilir.
Hadisə ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər.