SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDaha 7 itkin-şəhidin dəfn mərasimi olacaq
14 Avqust 2024 15:34 | Baxış sayı: 390
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından Axar.az-a bildiriblər ki, avqustun 15-də daha 7 itkin-şəhid torpağa tapşırılacaq.
Belə ki, Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov, Tahir Şirin oğlu Şirinov Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, Camaləddin İbad oğlu İbrahimov paytaxtın Suraxanı rayonunun Əmircan kəndində, Qənbər Teymur oğlu Yarıyev Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalova Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.