SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlDaha 3 gün qar yağacaq - XƏBƏRDARLIQ!
27 Fevral 2025 15:49 | Baxış sayı: 362
Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.
Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.