SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDaha 10 itkin düşmüş şəhidin dəfn mərasimi KEÇİRİLƏCƏK
09 İyul 2024 13:20 | Baxış sayı: 522
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha on şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Belə ki, iyulun 11-də Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.
İyulun 12-də Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Əliyev Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Əliyev İmaməddin Əliağa oğlu Ağdaş rayonu, Pirəzə kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcək.