SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlDağıntılar altından çıxarılan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
07 Fevral 2023 06:36 | Baxış sayı: 457
Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyətilə bağlı məlumatlar toplanır:
“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.