20 Aprel 2025
Cütlüklər ayrı yataqlarda yatmalıdır? – Yaponlara görə xoşbəxt evliliyin sirləri

Cütlüklər ayrı yataqlarda yatmalıdır? – Yaponlara görə xoşbəxt evliliyin sirləri

Cütlüklər ayrı yataqlarda yatmalıdır? – Yaponlara görə xoşbəxt evliliyin sirləri

04 Oktyabr 2024 21:19 | Baxış sayı: 279

Evlilik həyatında daimi xoşbəxtlik olmasa da, qarşılıqlı hörmət və dostluq evliliyin davam etməsi üçün əsas meyar götürülür.Yaponlar isə xoşbəxt evliliyin açarını tamam fərqli üsulda tapıblar.

AJMEDİA.İNFO SAVASHMEDİA.az xəbər verir ki, yaponların xoşbəxt evliliyinin sirri ayrı yataqlarda yatmaqdır.

Yapon cütlüklərə görə, ayrı yataqlarda yatmaq şəxsi azadlığın qorunması deməkdir. Onlar düşünür ki, bu, fərdlərə yuxu rejimini ehtiyaclarına uyğun tənzimləməyə imkan verir. Şəxsi azadlığın qorunması cütlüklərin bir-birindən daha az asılı hiss etməsinə və daha müstəqil həyat sürməsinə kömək edir.

Dünyanın ən ağıllı xalqı olan yaponlar şəxsi azadlığın qorunmasının münasibətlərin keyfiyyətinə də müsbət təsir göstərdiyinə inanırlar. Onlara görə, fərqli yataqlarda yatmaq yuxu keyfiyyətini də yaxşılaşdırır, cütlüklərin günlük problemlərini bir-birinə danışaraq əhval-ruhiyyəsini pozmasına, yataqda narazılıqların və fikir ayrılıqlarının yaranmasına mane olur. (https://savashmedia.az/cutlukler-ayri-yataqlarda-yatmalidir)

Yapon mədəniyyəti insanın “şəxsi məkan” anlayışını dəstəkləyir və bunun həm fiziki, həm də mənəvi sağlamlığa müsbət təsir etdiyi qənətindədir. Digər mədəniyyətlərdən fərqli olaraq, bu ənənə yapon cütlüklərinin münasibətlərində məmnunluq və uzunömürlülüyü təşviq edən əsas amil hesab olunur.