SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlConson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
04 Yanvar 2025 07:00 | Baxış sayı: 432
Mayk Conson (Luiziana ştatından olan respublikaçı) səsvermənin birinci turunda ABŞ Nümayəndələr Palatasının sədri vəzifəsinə yenidən seçilib.
“Report” xəbər verir ki, 52 yaşlı Conson yeni, 119-cu Konqres cümə günü işə başlayan kimi Nümayəndələr Palatasının əksər üzvlərinin (218) dəstəyini qazanıb.
İlkin olaraq, səsvermənin birinci turunda Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üç üzvü digər partiya üzvlərini müdafiə edib. Lakin qısa qapalı məsləhətləşmələrdən sonra onlar öz mövqelərini dəyişiblər və son nəticədə Consonun namizədliyini dəstəkləyiblər.