20 Aprel 2025
“Conson Baydenin əmri ilə Rusiya ilə Ukrayna arasındakı danışıqları pozub” – Kennedi

“Conson Baydenin əmri ilə Rusiya ilə Ukrayna arasındakı danışıqları pozub” – Kennedi

“Conson Baydenin əmri ilə Rusiya ilə Ukrayna arasındakı danışıqları pozub” – Kennedi

24 Avqust 2024 16:00 | Baxış sayı: 355

“2022-ci ildə Böyük Britaniyanın baş naziri vəzifəsini icra edən Boris Conson ABŞ Brezidenti Co Baydenin əmri ilə Rusiya və Ukrayna arasında danışıqları pozub”.
Bu barədə Arizonadakı tərəfdarları ilə görüşündə Robert Kennedi deyib.
“2022-ci ilin aprelində Prezident Bayden Prezident Volodimir Zelenskini Rusiya ilə artıq imzaladığı sülh müqaviləsini pozmağa məcbur etmək üçün Boris Consonu Ukraynaya göndərdi”, - Kennedi deyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə başlandıqdan sonra Rusiya Federasiyası ilə Ukrayna arasında ilk danışıqlar 2022-ci ilin mart ayının əvvəlində Belarusda baş tutub. 29 mart 2022-ci ildə növbəti tur İstanbulda baş tutdu. Lakin danışıqlar prosesi Ukrayna tərəfindən birtərəfli qaydada kəsilib.
2023-cü ilin noyabrında Ukrayna Ali Radasındakı Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia 1+1 telekanalına müsahibəsində Kiyevin Moskva ilə danışıqlardan niyə imtina etməsi ilə bağlı suala cavab verib. O bildirib ki, Ukrayna nümayəndə heyəti İstanbuldan qayıdanda o vaxt Böyük Britaniyanın baş naziri olan Boris Conson Kiyevə gəlib və “Biz onlarla heç nə imzalamayacağıq” deyib.