20 Aprel 2025
Co Uilson İranda Azərbaycan və Türkiyənin ünvanına səslənən təhdidləri pisləyib

Co Uilson İranda Azərbaycan və Türkiyənin ünvanına səslənən təhdidləri pisləyib

Co Uilson İranda Azərbaycan və Türkiyənin ünvanına səslənən təhdidləri pisləyib

02 Yanvar 2025 18:29 | Baxış sayı: 449

ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Uilson Tehran rejiminin nümayəndələrinin Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini pisləyib.

“İranın NATO müttəfiqi Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarına görə terrorçu rejimi qınayıram. Suriyadan aydın olduğu kimi, NATO müttəfiqi Türkiyə Tehrandakı terror rejiminə qarşı mübarizədə kritik tərəfdaşdır”, – Uilson sosial mediada X səhifəsində yazıb.

İranın Ali Rəhbərinin Ərdəbil üzrə nümayəndəsi Ayətullah Ameli dekabrın 29-da Azərbaycan və Türkiyə liderlərini təhqiredici ifadələr səsləndirib və iki ölkənin tarixini təhrif edib.

Bununla bağlı yanvarın 1-də İranın Azərbaycandakı müvəqqəti işlər vəkilinə rəsmi Bakının etirazı bildirilib.

Bundan sonra İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Amelinin bəyanatları “yaxşı düşünülməmiş və yersizdir” və Tehranın rəsmi mövqeyini əks etdirmir.