20 Aprel 2025
Çinin sonuncu imperatorunun saatı hərracda 5,1 milyon dollara satılıb

Çinin sonuncu imperatorunun saatı hərracda 5,1 milyon dollara satılıb

Çinin sonuncu imperatorunun saatı hərracda 5,1 milyon dollara satılıb

23 May 2023 23:03 | Baxış sayı: 523

Çinin sonuncu imperatoru Pu İyə (1906-1967) məxsus “Patek Philippe” saatı Honkonqda keçirilən hərracda 40 milyon Honkonq dollarına (təxminən 5,1 milyon ABŞ dolları) satılıb.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

Söhbət 86 yaşı olan “Reference 96 Quantieme Lune” saatından gedir. Onların hərracda ümumi qiyməti komissiyalar daxil olmaqla 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon ABŞ dolları) təşkil edib.

Lotu telefonla təklif verən anonim kolleksiyaçı alıb. Qəzetin yazdığına görə, o, sonuncu dəfə təklifi dərhal 10 milyon Honkonq dolları (təxminən 1,28 milyon ABŞ dolları) qaldırıb.

Hərrac zamanı saatlarla yanaşı, imperatorun digər şəxsi əşyaları da satılıb: yelpik, qeyd kitabçası, həmçinin onun qohumlarından birinin rəsmləri.