SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlÇinin müdafiə naziri Rusiyaya səfər edəcək
14 Aprel 2023 11:47 | Baxış sayı: 495
Çinin müdafiə naziri Li Şanfu aprelin 16-da Rusiyaya səfər edəcək.
Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.
L.Şanfunun aprelin 19-dək davam edəcək səfər çərçivəsində rusiyalı həmkarı ilə yanaşı, bir sıra rəsmilərlə də görüşlər keçirməsi nəzərdə tutulub.