20 Aprel 2025
Çin Trampın tələbini qəbul etdi

Çin Trampın tələbini qəbul etdi

Çin Trampın tələbini qəbul etdi

27 Yanvar 2025 21:30 | Baxış sayı: 406

Çin Amerika lideri Donald Trampın təhdidlərini nəzərə alaraq ABŞ-da qeyri-qanuni olan vətəndaşlarını geri almağa razılaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekinin Birləşmiş Ştatlarda yaşayan sənədsiz vətəndaşları geri alıb-almayacağı ilə bağlı sualı cavablandırarkən, "Çin vətəndaşlığı yoxlanıldıqdan sonra təsdiqlənən insanları qəbul edəcək" deyib.

Diplomat, həmçinin vurğulayıb ki, Çin qeyri-qanuni miqrasiyanın istənilən formasını pisləyir.

Bundan əvvəl Çinin xarici işlər naziri Van Yi və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.//musavat.com