İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlÇin səmasında 7 "Günəş" GÖRÜNDÜ - VİDEO
22 Avqust 2024 12:16 | Baxış sayı: 410
Çin səmasında 7 "Günəş" peyda olub.
AJMEDİA.İNFO "World of Buzz"a istinadən xəbər verir ki, yerli sakinlər belə mənzərəni ilk dəfə gördüklərini bildiriblər.
KİV-in məlumatına görə, nadir təbiət hadisəsi Çenqdu şəhərinin səmasında əmələ gəlib və yeddi “Günəş” bir anda metropolu işıqlandırıb. Onların hamısının fərqli parlaqlığı və rəng temperaturu olub.
Şahidlər bu halın təxminən bir dəqiqə davam etdiyini, bundan sonra yalnız bir Günəşin - həqiqi günəşin qaldığını bildiriblər. Mütəxəssislər isə bu optik illüziyanın laminat şüşədən işığın sınması və əks olunması səbəbindən yarandığını qeyd ediblər.(Sfera.az)