Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
7 saat əvvəlÇin maşınları Azərbaycanda dəbdən düşür? - fərqli rəylər
10 Dekabr 2024 11:00 | Baxış sayı: 785
Daha çox narahatedici məqam bu ölkənin avtomobillərinin təkrar bazarda satılması ilə bağlıdır
2023-cü ildə Azərbaycana təqribən Çin istehsalı olan 8 min avtomobil gətirilib. Əgər əvvəllər çoxluq Avropa və Amerika bazarına üz tuturdusa, artıq istiqamət Çinə doğru dəyişmək üzrədir. Çin istehsalı maşınların sərfəli qiymətə və hibrid və tam elektrikli mühərrikə sahib olmaları öz sözünü deyir. Lakin Çindən gətirilən avtomobillərə hələ də etibar etməyən sürücülər var. Ustalar bunun həm obyektiv, həm də subyektiv səbəblərinin olduğunu deyirlər (İTV).
Usta Elçin Abbasovun sözlərinə görə, Azərbaycanda çox az Çin şirkətinin diler şəbəkəsi var: “Diler şəbəkəsinin olmaması halında avtomobildə hər hansı bir nasazlığı tapmaq çətinləşir”.
Bundan başqa, digər avtomobillərə nisbətən Çin istehsalı maşınların ehtiyat hissələrini də tapmaq asan olmur.//Musavat.com